<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>200</hymn_number>
<title>Ey Əzəli Ruh, bizlərə gəl İL200</title>
<lyrics>[V1]
 Ey Əzəli Ruh, bizlərə gəl,
 Gücünlə, alovunla bizi vəftiz et.
 Qəlblərdən pislik kökünü qopar,
 Özün orada sakin ol.

[V2]
 Müqəddəs Ruh, bizləri öyrət,
 Şübhə ruhunu ürəkdən yox et.
 Ölüm zəncirindən bizi azad et,
 İmansızlığın qaranlığın yox et.

[V3]
 Məhəbbətinin dərinliyini
 Anlamağı, bilməyi öyrət.
 Müqəddəs sözün hikmətini
 Dərk etməyə bizə kömək et.

[V4]
 Səmavi güc ver Sən bizlərə,
 Pisliklə vuruşaq, ondan qorxmayaq.
 Gəl, ürəklərə lütfünü göndər,
 Sənə sonadək biz sadiq qalaq.</lyrics>
</song>